RU

Skuter problemini kim həll etsin: polis, yoxsa psixiatr?

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu məsələyə məni təkrarən qayıtmağa bu gün şahidi olduğum 2 hadisə vadar etdi. 

Bakı Dairəvi yolunda sürətlə üzüaşağı “şığıyan” skuteri idarə edən şəxs birmənalı şəkildə həyatını riskə atmışdı. 110 km/saat sürət həddi olan yolun sağ tərəfində çökəklik və nahamarlıqlar var.

Burada ani diqqətsizlik skuterçini ölümə aparacaqdı. 

Şərifzadə küçəsində isə skuterçi ən sol hissədən kəskin manevr edərək avtobus yoluna çıxdı. Avtomobillərin onu vurması an məsələsi idi. 

Bəs belə məsuliyyətsiz skuterçilərlə necə mübarizə aparmaq olar?

Yerli və dünya təcrübəsi göstərir ki, polisin bunlarla mübarizəsi ciddi səmərə vermir. Bu nəqliyyat vasitələri polis avtomobilindən daha çevikdir. Polisin onları maşınla qovması isə ümumiyyətlə absurddur.  Bunun çıxış yolu piyada və motosikletli polis dəstələridir. Yalnız bu yolla skuterçiləri təqib edib saxlamaq mümkündür. 

Bəzi Avropa ölkələrində qayda pozan skuterçilərə ciddi cərimələr tətbiq edilir. İsveçrədə skuterçilər də sürücülər kimi yol qaydalarına ciddi əməl etməlidirlər. Qayda pozanları 40-80 frank (1 frank=1,7 manat) cərimə gözləyir.

Almaniyada cəzalar əasən 15-70 avro arası dəyişir. Lakin sərxoş skuterçiyə məhkəmə çox ciddi cəza tətbiq edə bilər. 

Sürət məsələsində isə 2 ölkədə çox ağır cərimələr təyin edilir. Belçikada 250 avroyadək, Fransada 1500  avro.

Ötən il bir fransız iqtisadçının yaydığı videoya görə skuterçi psixiatriya xəstəxanasına yerləşdirilmişdi. Magistralda 120 km/saat sürətlə gedən skuterin videosunu sosial şəbəkədə paylaşan alim dövlət qurumlarını ciddi tədbir görməyə çağırdı. 

Bir neçə gün sonra polis skuterçini saxladıqda məlum oldu ki, o, internetdən alıb quraşdırdığı güclü mühərrik sayəsində belə bir sürətə nail olub. 

Məhkəmənin qərarı ilə skuterçi psixiatriya xəstəxanasına göndərildi, skuter isə məhv edildi. 

İşin bizə toxunan tərəfi: elektron ticarət sərhəd tanımır. Bu gün belə mühərriklər bizim ölkəmizə də ayaq açdıqda yollar gənclərimiz üçün ölüm meydançasına çevriləcək. 20 yaşlı gəncin hansısa təhlükəni başa düşməməsi hardasa başadüşüləndir. Lakin biz indidən skuterlərə nəzarəti ciddiləşdirməliyik. Nəzərə alaq ki, indi yay tətili olduğöundan şəhərdə tələbələr yoxdur.

1 aydan sonra dərs başladıqda skuter istifadəçilərinin də sayı həndəsi silsilə ilə artacaq.  

Bir məsələni də unutmayaq ki, skuter sahəsində nizam-intizam yaradılmasını yalnız polisdən gözləsək, ciddi nəticə əldə edilməyəcək.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
1
avtosfer.az

2Источники