RU

5 il öncə boşanmışdılar, yenidən evləndilər Fotolar

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli məşhur aktyor İsmail Hacıoğlu 2020-ci ildə boşandığı Duygu Kumarki ilə yenidən evlənib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə cütlük instaqram hesabında paylaşım edib.

Onlar İstanbulun Çengelköy rayonunda yaxtada yaxınlarının iştirakı ilə toy mərasimi keçiriblər.

Qeyd edək ki, İ.Hacıoğlunun ilk evliliyi aktrisa Vildan Ataseverlə 2010-cu ildə olub, 5 il sonra boşanıb. Daha sonra o, Duygu Kaya Kumarki ilə ailə həyatı qurub. Lakin onunla da 4 il evli qalıb. Onun bir müddət aktrisa Aslıhan Gürbüzlə də münasibəti olub, evlənəcəkləri gözlənilsə də, ayrılıblar. Bundan sonra 39 yaşlı aktyor yenidən Duygu Kumarki ilə barışıb və ötən gün evləniblər. Onların  Yemin adlı qızı var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
4
qafqazinfo.az

5Источники