RU

Azərbaycan klubu Ayaks ın yetirməsini heyətinə qatıb

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Yeni mövsümdən Misli Premyer Liqasında iştirak edəcək "Karvan-Yevlax" daha bir futbolçunu heyətinə qatıb.

Bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Niderlandlı sağ cinah müdafiəçisi Şaquill Sno ilə 1 illik müqavilə imzalanıb. 29 yaşlı oyunçu son olaraq Maltanın "Gzira" klubunun formasını geyinib.

"Ayaks"ın yetirməsi Niderlandda "Telstar", Norveçdə "Aalesund", Bolqarıstanda "Lokomotiv Plovdiv", Rumıniyada "Botosani" və "Mioveni" komandalarında da çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
15
sport24.az

10Источники