RU

Fond rəhbəri: Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı bu ölkədə elektrik enerjisi böhranını azaldacaq

Türkiyə-Suriya qaz boru kəmərinin istifadəyə verilməsi və onun vasitəsilə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı bu ölkədə elektrik enerjisi böhranını azaldacaq.

Bunu Türkiyə-Suriyə qaz boru kəmərinin açılışı mərasimində çıxışı zamanı Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti bildirib.

“Bu layihənin məqsədi Suriya Ərəb Respublikasında elektrik böhranını azaltmaqdır”, – Fəhad Həməd Əl-Sulaiti qeyd edib.

Onun sözlərinə görə, layihənin gündəlik ötürmə gücü 4,3 mln. kubmetr təbii qaz təşkil edir ki, bu da illik olaraq 1,2 mlrd. kubmetrə bərabərdir.

Fəhad Həməd Əl-Sulaiti onu da əlavə edib ki, qeyd olunan qaz həcmləri Türkiyə-Suriya sərhədindəki təhvil nöqtəsi vasitəsilə Suriya Ərəb Respublikasında elektrik istehsalında istifadə olunacaq:

“Bu isə elektrik verilişi saatlarının gündəlik təxminən beş saata qədər artmasına, yəni cari səviyyədən 40% çoxalmasına imkan verəcək. Bu göstəricilər, öz növbəsində, beş milyondan çox abunəçini əhatə edəcək”.

MənbəAPA
Избранный
32
9
banker.az

10Источники