Bakı-Qazax magistralında TIR aşıb .
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının 85-ci kilometrliyində, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində TIR markalı yük avtomobil idarəetməni itirərək aşıb.
Yolda hərəkət qismən məhdudlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.