RU

Azyaşlıya qarşı əxlaqsız hərəkət edən 64 yaşlı şəxs saxlanıldı

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayb.

Qeyd edilib ki, Sosial şəbəkələr və xəbər saytlarında yayılan görüntülərdəki şəxsin Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı M.Hüseynovun olduğu müəyyən edilərək dərhal rayon polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb və həmin şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün tədbirlər görülür.

" Bu cür iyrənc və insanlıqdan uzaq əməllərə qarşı qanunvericilik çərçivəsində ən sərt şəkildə mübarizə aparılır. Cinayət törədən şəxs layiqli cəzasını alacaq və uşaqların təhlükəsizliyinə yönəlmiş addımlar bundan sonra da qətiyyətlə davam etdiriləcək", - deyə məlumatda vurğulanıb.

Избранный
13
14
metbuat.az

10Источники