RU

Cəlilabadda qəzada ölən şəxs müəllim imiş

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabadda QAZ-53 markalı yük avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 2-si isə yaralanıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, qəzada həyatını itirən 1993-cü il təvəllüdlü Cavid Hüseynov Yardımlı rayonunun Alçabulaq kənd tam orta məktəbinin müəllimi olub.

Mərhum riyaziyyat və informatika fənlərini tədris edirdi. C.Hüseynov özü də həmin kəndin sakini olub. Ailəli idi, iki övladı var.

Anar Kəlbiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
36
7
unikal.az

7Источники