RU

Tramp Rusiyanın Ukraynadakı savaşda itkilərini açıqladı - 112 mindən çox əsgər ölüb...


ABŞ Prezidenti Donald Tramp 2022-ci il fevralın 24-dən davam edən Rusiya-Ukrayna müharibəsində tərəflərin itkiləri ilə bağlı rəqəmlər açıqlayıb.

Aldığı məlumatları ictimaiyyətlə bölüşən Tramp, Rusiyanın 112 min 500 əsgər itirdiyin i deyib: "Mənə verilən məlumata görə, bu ay (iyul 2025) Ukrayna ilə bu absurd müharibədə 20 minə yaxın rus əsgəri həyatını itirdi. Rusiya 112 min 500 əsgər itirdi. Bu ölümlər inanılmaz dərəcədə gərəksizdir".

ABŞ prezidenti həmçinin Ukraynanın da ağır itkilər verdiyini qeyd edib: "2025-ci il yanvarın 1-dən bu yana 8 minə yaxın ukraynalı əsgər həyatını itirib. Bu rəqəmə mülki itkilər daxil deyil. Ukraynada mülki itkilər də olub, lakin bu rəqəm daha azdır. Bunun səbəbi Rusiya raketlərinin Ukraynanın müxtəlif şəhərlərinə, xüsusən də Ukraynanın müxtəlif şəhərlərinə düşməsidir".

TAHİR

Избранный
5
baki-xeber.com

1Источники