ain.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan boksçusu Sübhan Babayev Almaniyanın Frankfurt şəhərində gənclər (U-19) arasında keçirilən “Brandenburq kuboku”nda final görüşünə çıxıb.
Yenisabah.az xəbər verir ki, 60 kq çəkidə çıxış edən yığma üzvü həlledici görüşdə Ellisbey Selimlə (ABŞ) üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə başa çatdığından Babayev gümüş medala sahib olub. Sezar pizza
Qeyd edək ki, boksçumuz daha öncə müvafiq olaraq, Simonas Puniskis (Litva), Nur Zakarye (Almaniya) və Mattia Turrinə (İtaliya) qalib gəlib./Report
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.