RU

Çində güclü yağışlar nəticəsində 31 nəfər ölüb

Çində iyul ayının sonunda başlayan güclü yağışlar paytaxt Pekinin şimal-şərqində yerləşən Miyun bölgəsində ciddi dağıntılara səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, təkcə qocalar evində 31 nəfər boğularaq həyatını itirib.

Sel sularının hündürlüyü 1.8 metrə çatıb. Həmin vaxt qocalar evinin sakinləri otaqlarında çarəsiz vəziyyətdə qalıb və oradaca boğularaq ölüblər.

Ümumilikdə ölkədə sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 70-ə çatıb. 80 mindən çox insan təxliyə olunub, 100-dən çox kənddə elektrik enerjisinin verilişi dayandırılıb.

Çin rəsmiləri isə məsuliyyəti etiraf edərək, “Şiddətli hava şəraitinə hazırlıqsız yaxalandıq”, - deyə bildiriblər. 

Избранный
13
1
cebheinfo.az

2Источники