RU

Qəzzada 93 uşaq olmaqla, 169 nəfər aclıqdan öldü

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Qəzza zolağında 93-ü uşaq olmaqla, azı 169 nəfər aclıqdan ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin “Telegram” kanalında məlumat paylaşılıb.

“Son 24 saat ərzində Qəzza xəstəxanalarında aclıq və qida çatışmazlığı səbəbindən 7 yeni ölüm faktı qeydə alınıb”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, iyulun 30-da HƏMAS tərəfindən aclıqdan ölənlərin sayının 154 nəfər olduğu barədə açıqlama verilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
74
6
icma.az

10Источники