RU

Şamaxı görüşündən hansı nəticələr çıxdı? Azərbaycan dünya üçün yeni səhifə açdı

ain.az, Oxu.az saytına istinadən bildirir.

Baku TV-nin "COP BAKU" verilişinin yeni buraxılışında Şamaxıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına üzv ölkələrin nümayəndə heyətlərinin qeyri-rəsmi görüşündən bəhs olunub.

Bildirilib ki, dünyanın 40-dək ölkəsindən 100-ə yaxın nümayəndə planetin iqlim dəyişikliyi ilə mübarizəsinə töhfə vermək üçün 23-24 iyul tarixlərində məhsuldar müzakirələr aparıblar.

Vurğulanıb ki, mediaya qapalı keçirilən görüşlərdə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında etimadın gücləndirilməsi, 1,3 trilyon maliyyə hədəfinə çatmaq üçün tərəflərin fikirlərinin öyrənilməsi, adaptasiya, zərərin təsirlərinin azaldılması, texnologiyaların tətbiqi, ədalətli enerji keçidi kimi məsələlər müzakirə edilib.

Tədbirdə iştirak edənlər Azərbaycanın qlobal iqlim fəaliyyətini yüksək qiymətləndirib və mübahisəli məsələlərdə konsensusun əldə edilməsində COP29 komandasının fəallığına diqqət çəkiblər.

Pakistanın iqlim dəyişiklikləri və ətraf mühitin koordinasiyası naziri Musadik Malikin sözlərinə görə, Azərbaycan qlobal liderlik göstərir və öncəki COP-da bütün gündəliyin öhdəsindən layiqincə gəlib:

"Düşünürəm ki, Azərbaycan dünya üçün yeni bir səhifə açdı, çox ədalətli meyarlar formalaşdırdı. Azərbaycanın mövqeyi təkcə planeti qorumur, eyni zamanda resursları olmayan inkişaf etməkdə olan ölkələrin hüquqlarını da müdafiə edir".

Şamaxı görüşündən hansı nəticələr çıxdı? - "Azərbaycan dünya üçün yeni səhifə açdı"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
oxu.az

1Источники