Bakı. Trend:
Səkkiz OPEC+ ölkəsi – Rusiya, Səudiyyə Ərəbistanı, Oman,Qazaxıstan, İraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt vəƏlcəzair – avqustun 3-də keçiriləcək iclasda sentyabr ayı üçün nefthasilatını gündəlik 548 min barel artırmağı təsdiqləməyiplanlaşdırır.
Trend xəbər verirki, bu barədə “Bloomberg” agentliyi məsələdən xəbərdar nümayəndəyəistinadla məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı və tərəfdaşlarıvideokonfrans formatında keçiriləcək görüşdə hasilat artımınırəsmiləşdirməyi planlaşdırır. Bu artım OPEC+ daxilində tətbiqolunan könüllü hasilat məhdudiyyətlərindən çıxış prosesinin növbətimərhələsidir.
Qeyd edək ki, sözügedən ölkələr əvvəlcədən razılaşdırılmışməhdudiyyətlər çərçivəsində 2026-cı ilin sonuna qədər hasilatı 1,65milyon barel azaldacaqlarına dair öhdəlik götürüblər. Bu yanaşmayaəlavə olaraq, 2,2 milyon barel həcmində əlavə könüllü azalmalar datətbiq olunmuşdu.
BƏƏ-nin kvotasına gəlincə, 2024-cü ilin aprelindən etibarəngündəlik 300 min barel artımla kvota tədricən artırılmağa başlanıb.Yeni qərarlar bu artımı da nəzərə alacaq.
May ayında OPEC+ ölkələrinin “səkkizliyi” hasilatməhdudiyyətlərini daha sürətlə ləğv etmək qərarına gələrəkbirdən-birə gündəlik 411 min barel artırıma keçdi. İyun və iyuldada analoji addımlar atılıb. Avqust ayında isə hasilat artımısutkada 548 min barel səviyyəsində müəyyən edilib.
Bununla belə, ölkələr əvvəlki dövrlərdə normanı aşan hasilatlarıkompensasiya etmək üçün OPEC Katibliyinə təqdim etdikləri təzminatcədvəllərinə riayət etməlidirlər. Bu səbəbdən, avqust ayındafaktiki icazə verilən maksimum artım 502 min barel/sutka həddindəolacaq.
OPEC+ “səkkizliyi” sentyabr ayı üzrə hasilat səviyyəsinintəsdiqi üçün avqustun 3-də iclas keçirəcək. Əlavə hasilat edənölkələr avqustun 18-dək artıq hasilatı kompensasiya etmək üçünyenilənmiş təzminat cədvəlləri təqdim etməlidirlər.