RU

Kamçatkada Kraşeninnikov vulkanı müşahidələr tarixi ərzində ilk dəfə püskürməyə başlayıb

Rusiyanın Kamçatka diyarında Kraşeninnikov vulkanının püskürməsi başlayıb.
 
Bu barədə Kamçatka Vulkan Püskürməsi üzrə Reaksiya Qrupu (KVERT) məlumat yayıb.
 
Vulkanın avqustun 2-də axşam saatlarında püskürməyə başladığı bildirilir. Püskürmə zamanı kül tullantıları dəniz səviyyəsindən 6 kilometr hündürlüyə çatıb.
 
Məlumata görə, müşahidələr tarixi ərazində Kraşeninnikov vulkanının püskürməsi ilk dəfə qeydə alınıb.
 
Kraşeninnikov vulkanına narıncı aviasiya təhlükə kodu verilib. Yaşayış məntəqələrində kül tullantılarının düşməsi qeydə alınmayıb.

 

Избранный
66
4
moderator.az

5Источники