RU

Qanunsuz abidələrə qarşı mübarizə Azərbaycanın suveren və konstitusion hüququdur - Cəlil Xəlilov

Bakı. Trend:

Qanunsuz abidələrə qarşı mübarizə Azərbaycanın suveren vəkonstitusion hüququdur.

Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı QüvvələrVeteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik qeyd edib ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsiMixail Şvıdkoyun Xankəndidə vaxtiylə Rusiya sülhməramlı qüvvələritərəfindən qanunsuz şəkildə inşa edilən erməni əsilli rəssam İvanAyvazovskinin (Hovanes Ayvasyan) heykəlinin sökülməsinə verdiyişərh yanlış və qərəzlidir:

“Azərbaycan heç vaxt heç bir ölkə və ya xalqa qarşı “abidəmüharibəsi” aparmayıb, fərqli mədəniyyətlərə daim böyük hörmət vəehtiramla yanaşıb. İşğaldan azad edilən ərazilərdə İslam dini iləyanaşı, digər dinlərə məxsus abidələrə olan münasibət bununisbatıdır.

Azərbaycan 44 günlük Vətən müahribəsindən sonra ermənilərtərəfindən dağıdılan bütün bu abidələrin bərbası və təmiriistiqamətində mühüm addımlar atıb və bu gün də məlum siyasət davametdirilir. Xankəndidə vaxtiylə Rusiya sülhməramlı qüvvələritərəfindən qanunsuz şəkildə inşa edilən erməni əsilli rəssam İvanAyvazovskinin heykəlinin sökülməsinə gəlincə, bu, tamamilə haqlı,hüquqi və məntiqi baxımdan düzgün addımdır. Çünki bu abidətorpaqlarımız işğal altında olanda Rusiya sülhməramlılarıtərəfindən Azərbaycanın iradəsinə zidd olaraq, dövlətimizinrazılığı olmadan ucaldılıb. Buna görə də Azərbaycanın ölkəmizinsuveren hüquqlarının ziddinə inşa edilən bu abidəni sökməsi nəinkidoğru, həm də zəruri idi. Buna görə də, məlum faktı Azərbaycanınguya Rusiyaya qarşı “abidə müahribəsi” aparması kimidəyərləndirilməsi yanlış və qərəzlidir”.

Polkovnik qeyd edib ki, Azərbaycan hər zaman Rusiyanınmaraqlarına və rus mədəniyyətinə hörmətlə yanaşıb:

“Azərbaycan tarixin bütün mərhələlrində Rusiya ilə dostluq vəmehriban qonşuluq siyasətinin davam etdirilməsində maraqlı olub, buistiqamətdə ardıcıl mövqe sərgiləyib. Bu gün ölkəmizdə rus dilindənəşrləin və məktəblərin fəaliyyəti bunun ən bariz nümunəsidir.Bakıda və ölkəmizin digər bölgələrində Rusiyanın məşhur sənətadamlarının, mədəniyyət xadimlərinin çoxsaylı abidəsi ucaldılıb ki,bu da Azərbaycanın rus xalqına, onun sahib olduğu mədəniyyətinəolan hörmətinin göstəricisidir. Belə olan halda Azərbaycanı “abidəmüharibəsi”ndə, yaxud “Rusiya mədəniyyətinin ləğv edilməsi”ndəittiham etmək açıq-aşkar ədalətsizlik deməkdir.

Təəssüf doğrudan digər bir məqam ondan ibarətdir ki, bu günölkəmizi Xankəndidə qanunsuz inşa edilən heykəli sökdüyü üçün“abidə müharibəsi” aparmaqda ittiham edən şəxslər, erməni işğalıdönəmində tarixi torpaqlarımızdakı yüzlərlə abidənin, eləcə dəİkinci Dünya müharibəsi ilə bağlı abidələrin, maddi-mədəniyyətnümunələrinin məhv edilməsini soyuqqanlılıqla izləyib, bir dəfə dəolsun baş verənlərə səsini çıxarmayıb. Bütün bunlar bir daha sübutedir ki, Rusiyadakı bəzi dairə və məmurların ölkəmizlə bağlısəsləndirdiyi iddialar qərəzlidir və bu cür qərəzli, məsuliyyətsizaçıqlamalar iki dövlət arasındakı münasibətlərə xələl gətirməkdənbaşqa heç nəyə yaramır”.

Избранный
72
6
az.trend.az

8Источники