RU

ABŞ anbarlarında 60 min ton ərzaq istifadəsiz qalıb xarab olur

ABŞ-nin humanitar məqsədlə hazırladığı 60 min tondan artıq ərzaq yardımı dünyanın müxtəlif bölgələrində anbarlarda saxlanılır və istifadəsiz qalıb.

Bu barədə “Washington Post” nəşri məlumat yayıb.

Məqalədə vurğulanır ki, bəzi məhsulların istifadə müddəti bitmək üzrədir. Bu səbəbdən bu həftə yüzlərlə yardım qutusuna “məhv et” etiketi yapışdırılıb.

İtkinin əsas səbəbi kimi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətində yaranmış məhdudiyyətlər göstərilir. Məsələn, Rod-Aylend ştatında dövlət tərəfindən maliyyələşdirilmiş, lakin heç yerə göndərilməyən təxminən 185 min qutu ərzaq anbarlarda qalıb. Onların ümumi dəyəri 75 milyon dollar civarındadır.

AzPost.az

Избранный
34
1
azpost.info

2Источники