RU

Kamçatkada sunami xəbərdarlığı ləğv edilib

Kamçatka diyarının sahilləri üçün sunami təhlükəsi xəbərdarlığı ləğv edilib.
 
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin "Telegram" kanalında məlumat verilib.
 
Bildirilir ki, diyarın yaşayış məntəqələrində sunami dalğalarının yaxınlaşması təsdiqini tapmayıb.
 
Sakit okean akvatoriyasında baş verən, Petropavlovsk-Kamçatskda intensivliyi ilkin olaraq 4 bal qiymətləndirilən afterşokdan sonra hündürlüyü 19 sm-ə qədər olan sunaminin yaxınlaşması gözlənilirdi.
 
10:48
 
Rusiyanın Kamçatka diyarında 6.8 maqnitudalı afterşok qeydə alınıb.
 
Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin yerli bölməsi "Telegram" kanalında məlumat yayıb.
 
Məlumata görə, yeraltı təkanların ocağı 25.9 km dərinlikdə olub, episentri isə öz növbəsində Petropavlovsk-Kamçatskdan 279 km aralıda yerləşib.
 
İlkin məlumata görə, Petropavlovsk-Kamçatskda yeraltı təkanların intensivliyi dörd bal olub.
 
Afterşokdan sonra Kamçatkanın üç rayonuna hündürlüyü 19 sm-ə qədər olan sunaminin yaxınlaşması mümkündür.
 
Xatırladaq ki, iyulun 30-da Kamçatka sahillərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Paralel olaraq, yarımadada Klyuçevskaya Sopka vulkanı püskürməyə başlayıb. Yeraltı təkanlar bölgədə hündürlüyü 4 m-ə çatan bir neçə sunami dalğası yaradıb.
Избранный
56
5
moderator.az

6Источники