RU

NATO Estoniyada hərbi korpus yerləşdirə bilər


NATO Almaniya-Hollandiya müttəfiq qüvvələrinin korpusunu Estoniyanın Pyarnu şəhərində yerləşdirə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Estoniyanın Müdafiə Nazirliyinə istinadən ERR teleradio şirkəti məlumat yayıb.
“Bu, təkcə komandanlıq funksiyalarını yerinə yetirən müttəfiqlərimizə deyil, həm də Estoniya hərbçilərinə, o cümlədən çağırışçılara da təsir edəcək. Bu, Müdafiə Qüvvələri üçün strateji əhəmiyyətli addımdır”, - ölkənin Müdafiə Nazirliyi vurğulayıb.
ERR-in məlumatına görə, bu məsələ ilə bağlı yekun qərar 2025-ci ildə veriləcək.
Qeyd olunub ki, NATO korpusunun yerləşdirilməsi infrastrukturun yaradılmasını tələb edir və tikintisinə Estoniya Müdafiə Nazirliyi 17 milyon avro ayırmağı planlaşdırır.
Избранный
54
7
yeniavaz.com

2Источники