RU

Ukrayna klubuna sanksiya verildi

UEFA Konfrans Liqasının (KL) oyunlarından birində yaşanan xoşagəlməz hallarla bağlı ölçü götürüb.

"Football-plus.az" xəbər verir ki, “Aleksandriya” sanksiyaya məruz qalıb.

Xatırladaq ki, hadisə 2-ci təsnifat mərhələsinin “Aleksandriya” – “Partizan” ilk matçından əvvəl və oyunun gedişində baş vermişdi. Ukrayna klubu məlum səbəbdən ev oyununu neytral meydanda - Polşanın Katovitse şəhərində keçirib.

“QKS Katovitse” stadionunda keçirilən matçdan əvvəl komandaların salamlaşması kimi ənənə baş tutmamışdı. Bunun səbəbkarları isə “Aleksandriya”nın oyunçuları olublar. Onlar “Partizan”dan olan həmkarlarının əlini sıxmaqdan imtina etmişdilər. Ukraynalı azarakeşlər də diqqətdən yayınmamışdılar. Onlar oyunboyu Serbiya klubunun oyunçularını təhqir etmiş və Moskva ÇSKA-sının ünvanına qışqırıqlar səsləndirmişdilər. “Aleksandriya”nın fanatlarının 30-cu dəqiqədə “Ubiy Srbina” (“serbi öldür”) sözlərini qışqırdıqlarını da yada salaq.

Bilindiyi kimi, Serbiya Ukrayna ilə müharibə edən Rusiyanın siyasi tərəfdaşı kimi tanınan ölkədi. KL-i qalmaqallı matçının “Aleksandriya”nın 0:2 hesablı məğlubiyyəti ilə sona çatdığını da bildirək. UEFA-nın müvafiq komitəsi Ukrayna klubuna 20 min avro cərimə kəsib. Növbəti iki ildə buna bənzər hal yaşanacağı halda “Aleksandriya”nı daha ağır cəzalar gözləyəcək.

Избранный
48
1
football-plus.az

2Источники