RU

Paşa Holding və Əliyeva bacılarının Bodrum oteli müzakirə olunur

PAŞA Holding-in Mandarin Oriental Bodrum otelin 50 faizlik səhmdarı olması xəbəri həm Türkiyə, həm də Azərbaycan mediasında müzakirə olunur.

Paşa Holdingin otelə 500 milyon avro, yəni, təxminən 1 milyard manatlıq yatırım etməsi xəbəri bir neçə gün əvvəl Türkiyə mediasında yayılıb.

Türkiyənin Sözcü qəzeti iddia edir ki, Pasha Holding satınalmanı yekunlaşdırıb.

Türkiyə mediası onu da bildirir ki, oteldə Paşa Holdinqin adının olduğu lövhələr asılıb.

Halk TV-nin xəbəri "İlham Əliyevin qızları 500 milyon avroluq yatırımla Mandarin Oriental Bodruma ortaq oldu" adlanır.

Leyla və Arzu Əliyeva otellə bağlılıqları barədə şərh verməyiblər.

2023-cü ilin yanvarın 13-də Paşa Holdingin saytında şirkətin Mandarin Oriental Bodrum Hotel-in 50 fazinin səhmdarı olduğu açıqlanıb.

Beynəlxalq və yerli jurnalist araşdırmalarında Paşa holding-in əsas səhmdarlarının Prezident Əliyevin qızları Leyla və Arzu Əliyeva olduğunu göstərilir.

Məşhur türkiyəli aparıcı Cüneyt Özdemir öz YouTube kanalında "Əliyevin qızlarının 500 milyon dolları necə olub? O mövzuya heç kim toxunmur fərqindəsən, nəysə, biz de girməyək. Suyu bulandırmayaq" söyləyib.

Prezident İlham Əliyev 4 il əvvəl bir müsahibəsində bildirib ki, prezident olmazdan əvvəl uğurlu sahibkar olub və Prezident olduqdan sonra biznezini öz ailəsinə ötürüb.

"Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz", – Prezident Əliyev bildirib.

Türkiyə mediasına görə, İlham Əliyev son iki ildir ki, Qurban bayramını bu oteldə keçirir və həmkarı Erdoğan da onunla bayramlaşmaq üçün Bodruma azı 2 dəfə səyahət edib.

Türkiyə mediası onu da bildirir ki, Prezident Əliyevin ailəsinin isə yay aylarını Bodrumda keçirir.

Paşa holding Azərbaycanda bankçılığın 33 faizini idarə edir, daşınmaz əmlak, turizm və digər sahələrdə fəaliyyət göstərir. Holding-ə daxil Paşa Bankın son maliyyə sənədində yazılır ki, onun yekun mülkiyyətçiləri Leyla və Arzu Əliyevalar, onların ana babası Arif Paşayev və Birinci ledi Mehriban Əliyevanın əmisi oğlu Mir Camal Paşayevdir.

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Избранный
33
bbc.com

1Источники