Ukrayna pilotsuz təyyarə ilə Rusiyanın Qara dəniz sahilindəki Soçi şəhərində neft anbarına hücum edib. Hücum ölkənin ən nüfuzlu turizm məkanlarından biri və 2014-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyi edən Adler bölgəsində baş verib.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev hücumdan sonra ərazidə 2 min kubmetrlik yanacaq çəninin alovlandığını və alovun söndürülməsinə 120-dən çox yanğınsöndürən cəlb edildiyini açıqlayıb.
Həmin gün Ukraynaya FPV pilotsuz uçan aparatı ilə Rusiyanın Bryansk vilayətində minalanmış körpünü də partladıb.
TAHİR