Tərtər ərazisində su kanalında axına düşən dörd nəfərdən 3-ü xilas edilib, 1 nəfərin isə meyiti tapılıb.
APA-nın yerli müxbiri xəbər verir ki, rayonun Cəmilli kəndi ərazisində baş verən hadisə zaman xilas edilənlərdən biri - Bərdə rayon Körpüqıran kənd sakini 1976-cı il təvəllüdlü Zamanov Asim Məhəmməd oğlunun vəziyyətinin stabil olduğu bildirilir, iki nəfərin isə həyatı təhlükəsinin olmadığı deyilir.
Digər bir nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib. Onun meyiti Suqovşan-Goranboy magistral suvarma kanalının Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
saat 17.41
Tərtərdə 3 nəfər kanalda batıb.
APA-nın yerli müxbirinin əldə etdiyi ilkin xəbərə görə, hadisə Suqovşan-Goranboy magistral su kanalının Cəmilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Dörd nəfər çimmək məqsədilə sözügedən kanala düşüblər. Onlardan 1-ni sudan çıxarmaq mümkün olub, digər 3 nəfərin boğularaq öldüyü ehtimal olunur.
Sudan çıxarılan şəxs xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.