Bu gün oğlan basketbolçulardan ibarət U-18 yığmamız Avropa Çempionatı B divizionunda son oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, milli komandamız Kosovo seçməsinə qarşı sonuncu sıralama oyununa çıxıb. Görüş yığmamızın 81:77 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu önəmli qələbə sayəsində U-18 komandamız 2026-cı ildə də Avropa Çempionatı B divizionunda iştirak etmək hüququ əldə edib