Lənkəran rayonunda dənizdə boğulmaq təhlükəsi yaşayan gənc Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas olunub.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin Sütəmurdov kəndi ərazisindəki çimərliklərin birində baş verib.
Dənizin nisbətən dərin hissəsinə üzən gəncin çətin vəziyyətdə olduğunu görən xilasedicilər dərhal müdaxilə ediblər. O, sudan çıxarılaraq sahilə çatdırılıb.
Gəncə yerində ilkin tibbi yardım göstərilib və daha sonra Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu