RU

Gədəbəydə yol qəzasında 2 nəfər ölüb, 4-ü xəsarət alıb - Yenilənib

Avqustun 3-də saat 18:00 radələrində Gədəbəy rayonunun Şahdağ kəndinin dağlıq ərazisində yol-nəqliyyat hadisəsi baş verib...

“Report”un Qərb bürosunun məlumatına görə, Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Vüsal Məmmədovun idarə etdiyi “KİA” markalı avtomobil dərəyə aşıb.
Nəticədə sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüb.

Avtomobildə olan digər 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

***

Gədəbəydə baş vermiş ağır qəzada ölən və xəsarət alanların şəxsiyyətləri məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Çiçəkli kənd sakinləri 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov həlak olublar.

KIA markalı avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Vüsal Məmmədov, 2021-ci il təvəllüdlü Renat Məmmədov və 2020-ci il təvəllüdlü Amil Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə Gədəbəy RPŞ-nin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

***

Gədəbəydə avtomobil aşıb, ölənlər və yaralananlar var.

Gədəbəydə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə, maşın dərəyə aşıb.

Qəza zamanı 2 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Poliqon.info

Избранный
34
3
poliqon.info

9Источники