RU

Sponsor(lar) tapan klub pulu bu sahəyə ayırdı - MÜHÜM ADDIM!

Zaqatala Olimpiya Kompleksində tezliklə təmir işlərinə start veriləcək.

Redaksiyamıza daxil olan məlumata görə, yenidənqurma yerli klub tərəfindən aparılacaq.

Belə ki, rayonun eyniadlı təmsilçisini himayəsinə götürən iş adamları arenaya xərc çəkməyi öz üzərinə götürüb.

Konkret olaraq, iki biznesmen stadionun qazonunun dəyişdirilməsinə vəsait ayırıb. İstifadə müddəti 10 il öncə bitmiş süni meydança yenisi ilə əvəzlənəcək.

Habelə paltardəyişmə və hakim otaqlarında təmir aparılacaq.

Futbolçuların qaldığı kotejlər də bu siyahıdan kənarda qalmayıb.

SPORTİNFO.AZ

Избранный
13
sportinfo.az

1Источники