RU

"Lans" "Roma"nın müdafiəçisini icarəyə götürdü

Fransa klubu "Lans" İtaliyanın "Roma" komandasından müdafiəçi Saud Əbdülhəmidi icarəyə cəlb edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı millisinin üzvü 2025/26 mövsümünün sonunadək Liqa 1 təmsilçisinin formasını geyinəcək.

Müqaviləyə futbolçunun transfer hüququnun alınması ilə bağlı bənd də daxil edilib.

Bildirilir ki, "Lans" 26 yaşlı futbolçunun keçidi uğrunda "Tuluza"nı qabaqlaya bilib. Əvvəllər mediada Əbdülhəmidin məhz "Tuluza"ya keçəcəyi bildirilirdi.

Əbdülhəmid "Roma"ya ötən yay "Əl-Hilal"dan transfer olunmuşdu. İtaliya klubunda keçirdiyi bir mövsümdə o, 8 matçda meydana çıxaraq 1 qol və 1 assistlə yadda qalıb. Transfermarkt portalı futbolçunun bazar dəyərini 3 milyon avro olaraq göstərir.

Избранный
32
90deqiqe.az

1Источники