RU

"Mançester Siti" Braziliya millisinin üzvünü istəyir

Bakı. Trend:

“Vest Hem” və Braziliya millisinin yarımmüdafiəçisi Lukas PaketaMançesterə köçə bilər.

Trend “GloboEsporte”yə istinadən xəbər verir ki, “Mançester Siti” Paketa üçünhərəkətə keçib.

“Vest Hem” transfer üçün 57-68 milyon avro tələb edir. Ötənmövsüm Paketa 36 matçda 5 qol vurub. Onun London təmsilçisi iləmüqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

27 yaşlı futbolçu “Flamenqo”, “Milan”, “Lion” komandalarındaoynayıb.

Избранный
2
2
az.trend.az

3Источники