Bizimyol.info-nun xəbərinə görə, həmin şəxslərin heç biri V çağırış Milli Məclisə seçkilərdə deputat olmayıblar.
YAP-ın ilk dəfə deputatlığa namizəd olan üzvlərinin bəziləri barədə məlumatları təqdim edirik:
7 saylı Ordubad-Culfa Seçki Dairəsindən namizəd Cəbi Quliyev Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Gənclər Birliyinin sədri, bir ildən artıqdır eyni zamanda Naxçıvan Gənclər Fondunun icraçı direktorudur.


Afət Həsənova 2015-ci ildə Quba rayonundan deputatlığa namizədliyini irəli sürmüşdü. O, sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızıdır.

61 saylı Neftçala seçki dairəsindən namizəd YAP Neftçala rayon Təşkilatı Qadınlar Şurasının sədri , Neftçala rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sadıqova Gültəkin Zakir qızıdır.
84 saylı Füzuli seçki dairəsindən namizədliyi irəli sürülən Məmmədova Svetlana Gəray qızı Füzuli rayonunun 2 nömrəli orta məktəbin direktorudur.
88 saylı Göyçay seçki dairəsindən Hacıyeva Ləman Amil qızı Göyçay rayon Mərkəzi Xəstəxanasının həkimidir.

Tovuz rayon təhsil şöbəsinin baş məsləhətçisi Hüseynova Məhəbbət Müsəllim qızının namizədliyi 105 sayı Tovuz seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdür.
114 saylı Şəki kənd birinci seçki dairəsindən namizəd İsmayılova Südabər Şöyüb qızı Şəki Rayon Təhsil Şöbəsinin müdiridir.
www.anews.az