RU

Millimizin üzvü Azərbaycana qayıdır

Millinin yarımmüdafiəçisi Coşqun Diniyev Azərbaycana qayıtmaq imkanı əldə edib.

Bizim.Media xəbər verir ki, 29 yaşlı orta sahə oyunçusu Premyer Liqanın 3 klubunun maraq dairəsindədir.
 

"Sabah" 2019-2021-ci illərdə xidmətindən yararlandığı keçmiş futbolçusunu geri qaytarmağa həvəs göstərir.Həmçinin "Neftçi" və "Turan Tovuz" onun şərtlərini gözdən keçirir.


Yığmanın sabiq baş məşqçisi Şahin Diniyevin içik oğlu 2023-cü ilin yayından etibarən Türkiyədə legioner həyatı yaşayır.

O, bu müddətdə 3 komanda dəyişib: "Ümraniyespor" və "Bandırmaspor"un şərəfini qoruyub.

Diniyev cari ilin əvvəlində ilyarımlıq müqavilə imzaladığı "Corum"dan isə bugünlərdə ayrılıb və hazırda azad agent statusu daşıyır.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
23
bizim.media

1Источники