RU

Yəməndə miqrantları daşıyan qayıq batdı: 55 nəfər ölüb, onlarla insan itkin düşüb

BAKI, 4 avqust. TELEQRAF

Yəmənin cənubundakı Ebyen əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 55-ə çatıb.

Teleqraf “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qayıq əlverişsiz hava şəraiti səbəbindən aşıb.

Məlumata görə, qayıqda 100-dən çox efiopiyalı miqrant olub. Qəzada itkin düşən onlarla insanın taleyi hələ də məlum deyil.

Qeyd edək ki, Yəmən Efiopiya və Somali də daxil olmaqla bir çox Afrika ölkələri üçün qeyri-qanuni miqrantların tranzit ölkəsi sayılır. Afrikalılar Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinə getmək arzusu ilə Cibuti üzərindən Yəmənə gedirlər.

Избранный
31
teleqraf.com

1Источники