RU

Qazi olmaq imtiyaz deyil, məsuliyyətdir – Silahlı insidentə görə Vətən müharibəsi iştirakçısı həbs edildi » AzadMedia.az



Dünən Tərtər rayonunda baş verən silahlı insident cəmiyyətin diqqətini bir daha bu mühüm məsələyə yönəltdi: Qazilərin statusu onların hüquqlarını artırmaqla yanaşı, cəmiyyət qarşısında da məsuliyyətlərini artırmalıdır.

1990-cı il təvəllüdlü Vətən müharibəsi qazisi Beyrək Quliyev şəxsi mübahisə zəminində həmkəndlisinə qarşı “AK-74” markalı avtomat silahdan atəş açıb. Xoşbəxtlikdən hadisə nəticəsində insan itkisi və ya xəsarət qeydə alınmayıb, lakin qarşı tərəfə məxsus “VAZ-21014” markalı avtomobilə maddi ziyan dəyib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, B.Quliyev hadisədən dərhal sonra saxlanılıb, üzərində olan avtomat silah götürülüb. Araşdırmalar zamanı məlum olub ki, o, əvvəllər dəfələrlə müxtəlif cinayətlərə görə məhkum olunub. Hazırda fakt üzrə istintaq aparılır və məhkəmənin qərarı ilə o, həbs edilib.

Qazi adı heç vaxt hüquq pozuntularına, xüsusilə də ictimai təhlükəli əməllərə bəraət qazandırmamalıdır. Dövlətin onlara verdiyi diqqət və dəstək, eyni zamanda hüquq-mühafizə orqanlarının qanunun aliliyini qorumaq istiqamətində atdığı addımlar bir daha göstərir ki, hər bir vətəndaş, istər qazi, istər adi vətəndaş, qanun qarşısında bərabərdir.

Избранный
36
1
azadmedia.az

2Источники