RU

Rusiyadan Bakıya sıçrayan təhlükə – 100 ildən sonra təkrarlana bilər

Kamçatka yarımadasında baş verən güclü zəlzələ dünya miqyasında təəccübə səbəb olub. Belə ki, 8,7 maqnitudalı şiddətli təkandan sonra

sunami dalğaları və ciddi dağıntılar olsa da, möcüzəvi şəkildə bir nəfər belə insan itkisi yaşanmayıb. Zəlzələnin gücünə baxmayaraq,

tələfatın olmaması maraq doğurub.

Kamçatka zəlzələsində insan tələfatının olmamasının səbəbi nədir?

Referans xəbər verir ki,Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, zəlzələlər geoloji hadisələrdir:

“Azərbaycan da palçıq vulkanizmi baxımından yüksək risk daşıyan ərazidə yerləşir. Böyük Qafqaz dağları nisbətən cavan olduğu üçün İsmayıllı,

Şamaxı və Kiçik Qafqaz bölgələrində 8-9 bal gücündə zəlzələlər baş verə bilər. Bu bölgələrdə müntəzəm monitorinqlər aparılır və su quyularından

nümunələr alınaraq kükürd miqdarının artması yoxlanılır. Zəlzələdən əvvəl kükürd miqdarında artım müşahidə olunması elmi cəhətdən sübut

edilib, amma dəqiq proqnoz vermək hələ mümkün deyil. Bu baxımdan Kamçatkada zəlzələ ilə bağlı mövcud olan erkən xəbərdarlıq sistemləri

insanların təhlükəsiz yerə qaçmasına kömək edib. Yarımada seysmik aktivliyin yüksək olduğu bölgə olsa da, insanlar bu tip təbii fəlakətlərə qarşı

müəyyən hazırlıqlara malikdir. Bu da mümkün tələfatlara təsir göstərib. Həmçinin əhali vaxtında təxliyə olunub”.

arzu


Ekoloq qeyd edib ki, palçıq vulkanizmi Yer qabığında hərəkətlənmələrə və sıxılmalara səbəb ola bilər:

“Bunun, xüsusilə yatan vulkanların aktivləşməsinə təkan verməsi mümkündür. Məsələn, Bakı ərazisində sonuncu dəfə 1922-ci ildə püskürmüş

vulkanlar, palçıq vulkanizmi nəticəsində yenidən aktivləşə bilər. Təəssüf ki, bu ərazilər qanunsuz tikililərlə örtülüb, bu da zəlzələlərin yaratdığı

dağıntıları, maddi ziyanı və insan tələfatını artırır. Kamçatkada isə vəziyyət belə deyil. Əvvəla, əhalisi az olan bölgədir. Yarımadada böyük şəhərlər

və sıx məskunlaşma zonasının olmaması zəlzələnin insan itkisi olmadan ötüşməsinə şərait yaradıb. Əgər zəlzələ çox sıx əhalisi olan yerdə baş

versəydi, vəziyyət fərqli ola bilərdi. Bundan əlavə, Kamçatka bölgəsindəki binalar və infrastruktur regionun seysmik aktivliyini nəzərə alaraq

tikilir. Rusiya xüsusən zəlzələlərin tez-tez baş verdiyi ərazilərdə infrastrukturun dayanıqlı olmasına xüsusi diqqət yetirir. Bu da öz növbəsində insan

tələfatına təsir göstərən amillərdən biridir”

Избранный
45
2
referans.az

3Источники