Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Motor” yoxlama görüşü keçirib.
Msport.az xəbər verir ki, Polşa təmsilçisi Yunanıstanın “Asteras” klubuna 4:2 hesabı ilə qalib gəlib.
Renat 46-cı dəqiqədə qol vuraraq hesabı komandasının xeyrinə 2:0 edib.
Qeyd edək ki, bu yay “Motor”a keçən Dadaşov yeni klubu ilə 1 llik müqavilə imzalayıb.