RU

Messi sağ ayağından zədə alıb

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi Liqa Kubokunun meksikalı "Nekaksa" ilə ev oyununda sağ ayağından zədə alıb.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu barədə "İnter Mayami"nin mətbuat xidməti məlumat yayıb.

Argentinalı matçın 11-ci dəqiqəsində əvəzlənib. Belə ki, Messi dizlərində narahatlıq hiss edib.

Klubun press-relizində Messinin yüngül zədə aldığı qeyd edilib. Hücumçu reabilitasiya prosedurlarından keçməli olacaq, futbolçunun meydana qayıtma tarixi dəqiqləşdirilməyib.

Избранный
45
5
demokrat.az

8Источники