RU

Radikal qruplat nədən narahatdırlar? - Tural İrfan yazır

Bəzi qruplar İrandakı qatı fars şovinist dairələrin təsirindədir. Əsasən İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri və ölkə rəhbərlərinin səmimi görüşləri, Azərbaycan dilində ünsiyyət qurmaları bu kimi qrupları idarə edənləri narahat edir. Ona görə düyməyə basırlar ki, belələri təxribat yaratsın. İki gün əvvəl İran prezidenti Məsud Pezeşkiyan ölkəsində çıxışı zamanı Azərbaycanla qohum, dost olduqlarını, əlaqələrin qənaətbəxş olmamasında isə özlərinin müqəssir olduqlarını
bəyan edib. O deyib ki, əgər İsrail Azərbaycanla müsbət əlaqələr qurur, biz qura bilmiriksə günah özümüzdədir. Nəticədə ona qarşı İranda təxribatlar, təhqirlər, ittihamlar başlayıb. Prezidentin Azərbaycana qarşı müsbət fikirləri İrandakı mürtəce və mürtəd mollakratlarda yanğı yaradıb. Məsud bəyi o qədər şərləyirlər ki, az qalır ona "İsrail aşiqi", "sionist agenti" damğasını da vuralar.
Əsasən Binə qəsəbəsində öz şəbəkəsini fəallaşdırmağa çalışan İrandakı təxribatçı dairələr orada ikinci Nardaran yaratmağı hədəfləyiblər. İmam Hüseynin adına terror təşkilatı yaradıb qadınları da bu dəstəyə qatmaqla, İmam Əlinin qızı Həzrət Zeynəbin adını şüar etməklə Əhli Beyti ləkələyirlər. Lakin unudurlar ki, əsl mübarizə aparmalı olduqları tağut rejim məhz fars mürtəd molla rejimidir. Məscid tikən, dinə azadlıq verən dünyəvi ölkə olan Azərbaycan haqqında bu söz absurddur.
Bu murdar əməllərinə İmam Hüseyni alət etməklə onu da özləri kimi terrorçu, üsyançı, təxribatçı kimi qələmə verib Əhli Beytə nifrət yaratmaq istəyirlər ki, sonra bunu da əldə əsas tutub daha böyük şantaja əl atsınlar. Halbuki İmam Hüseyn heç kəsə terror təşkil etməyib. Nə dəstə yaradıb, nə təşkilat qurub nə də üsyan edib. Sadəcə bunlar kimiləri öz zaman ona məktublar yazıb köməyə çağırıblar, o da arvad - uşağı ilə yola çıxıb. Yolda da elə onu çağıran xainlərin özü qələmi yerə qoyub qılıncı götürüb hamısını şəhid ediblər.
İndi bu qadınları aldadıb təsir altına salan xainlər məhz o dövrdəki riyakar, mürtəd Kufə əhlinin xələfləridir. Müqəddəsləri, ziyarətgahları özlərinə qalxan edən, dini, məzhəbi İrandakı terrorçu dairələrə xidmət üçün alətə çevirən bu şəxslərin fəaliyyəti tamamilə terrorçuluğa hazırlıqdır. Ölkədə dinin məhdudlaşdırılması üçün bunlar təxribat, zəmin yaradır; din barədə mənfi, mənfur, təxribatçı mənzərə formalaşdırırlar. Ölkə üçün, əhali üçün ciddi təhlükə mənbəyi olduğuna görə belə təşkilatların qarşısı dərhal alınmalıdır.
Tural İrfan, dinşünas
Избранный
9
news365.az

1Источники