RU

Zəfər Parkı və Port Baku yaxınlığında yeni lüks “Avenue 8” layihəsinə start verildi (FOTO)

Bakı. Trend:

İyulun 22-də, Bakı şəhərinin memarlıq panoramasına yeni nəfəsgətirəcək “Avenue 8” premium yaşayış layihəsinin rəsmi təqdimatmərasimi JW Marriott otelində baş tutdu. Tədbirdə medianümayəndələri, sənaye ekspertləri, biznes tərəfdaşları ilə yanaşı,yerli və xarici qonaqlar da iştirak edirdi.

Bakı buxtasına panoramik mənzərəsi olan, Port Baku Walk və ZəfərParkı ilə əhatələnmiş “Avenue 8” təkcə yaşayış məkanı deyil,paytaxtın yeni urban simvolu kimi mövqeyini gücləndirməyəiddialıdır.

Layihə Avant Group və Moonwake Investment tərəfindən həyatakeçirilir. PAŞA Bank isə layihənin rəsmi maliyyə tərəfdaşıdır.

2010-cu ildən fəaliyyət göstərən və bu günə qədər 1.1 milyonm²-dən artıq tikinti portfelinə sahib olan Avant Group, son illərdəGürcüstan və Özbəkistan bazarlarında da fəallığını artırır.

Avant Group-un Direktorlar Şurasının sədri Əli Hüseynovçıxışında bildirib:

“Avenue 8 – bu, sadəcə yaşayış binaları deyil, bu, şəhərinruhunu əks etdirən konseptual həyat fəlsəfəsidir. 144 metrlik bumemarlıq incisi Bakının estetik ruhunu təcəssüm etdirir.”

Layihənin fərqləndirici xüsusiyyətləri barədə danışan şirkətinBiznesin İnkişafı və Marketinq direktoru Rüfət Abdullayev qeyd edibki:

“Avenue 8-in mənzilləri 4.5 metrlik tavan hündürlüyünə malikolacaq, tam şüşəli fasadlar, zərif dizaynlı lobbilər və co-workingzonaları müasir şəhər həyatına yeni standartlar gətirəcək. Binanın30-cu mərtəbəsində Sky Lounge və Rooftop Pool zonaları, 25 metrlikqapalı hovuz, eləcə də spa, fitness və padel kortları rezidentlərətam fərqli bir həyat tərzi vəd edir.”

Əlavə olaraq, layihənin qarşısında 5000 m²-lik yaşıllıq vəictimai park zonası salınacaq ki, bu da şəhərin mərkəzində təbiətəaçılan nadir bir məkana çevriləcək.

Tədbir çərçivəsində PAŞA Bank və Avant Group arasında stratejiəməkdaşlığı təsdiqləyən rəsmi Anlaşma Memorandumu da imzalanıb.PAŞA Bank-ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev butərəfdaşlığın hər iki tərəf üçün dəyər yaradacağını və sektorundaha geniş inkişafında rol oynayacağını vurğulayıb.

https://maps.app.goo.gl/7dfR7CwAgAe6iQpK9

Əlavə məlumat üçün:

https://youtu.be/5B7rYw0wqZY?si=WCykUYQ3MM857Tva
https://www.instagram.com/avenue8.az/
www.avenue8.az

Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Избранный
86
12
az.trend.az

10Источники