RU

Bu ərazilərdə işıq olmayacaq

Qaxda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Referans xəbər verir ki,bu barədə Milli.Az-a "Azərişıq" ASC-dən bildirilib.

Qax Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq Şıxlar yarımstansiyasında 4 avqust tarixində 10 kV-luq "Qorağan" hava xəttinin

açarı yenisi ilə əvəz olunacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Almalı, Cəlayir, Dəymədağlı, Əlibəyli, Qarabaldır, Qaradolaq, Qındırğa, Qorağan, Lələli,

Lələpaşa, Şıxlar, Şotavar, Tasmalı, Üzümlü, Zəyəm kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan

sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Избранный
5
40
referans.az

10Источники