RU

Türkiyəni təhdid etdi: İddialarından əl çəkməsə...

BAKI, 4 avqust. TELEQRAF

“Türkiyə Egey dənizindəki iddialarından əl çəkməsə, Avropa İttifaqının (Aİ) resurslarına çıxışını əngəlləyəcəyik”.

Teleqraf xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiriakos Mitsotakis deyib.

Baş nazir bildirib ki, Türkiyə “Kazus Belli” doktrinasını qoruyarsa, Avropa maliyyə dəstəyini dayandırmalıdır:

“Türkiyə “Kazus Belli”ni masadan götürməsə və Egeydəki boz zona ilə bağlı iddialarından əl çəkməsə, Avropa kreditlərinə çıxa bilməyəcək”.

Mitsotakis Ankaranın 1995-ci ildə Yunanıstanın Egeydəki ərazi sularını genişləndirməsinin müharibə səbəbi kimi qiymətləndiriləcəyini bildirən qərarını hədəfə alaraq, bunun aradan qaldırılmasını tələb edib.

Yunanıstan lideri Türkiyəyə diplomatik təzyiqlərin davam edəcəyini də açıqlayıb.

Avropanın Türkiyəyə yönəlik siyasətini də tənqid edən Mitsotakis Almaniya, Fransa və Böyük Britaniyanın Ankaraya silah satışına toxunub: “Onlar həmişə türklərə silah veriblər”.

Yunanıstan baş nazir Aİ-nin Türkiyə ilə münasibətlərdə daha effektiv siyasət yürütməli olduğunu iddia edib. Türkiyənin Aİ daxilindəki mövqelərinin Ankaranı məhdudlaşdırmaq baxımından strateji rol oynaya biləcəyini qeyd edən Mitsotakis vurğulayıb: “Məsələ qonşularımızın nə etdiyi deyil, bizim nə etdiyimizdir”.

Избранный
31
2
teleqraf.com

4Источники