RU

Yasamalda yarımtikilidə narkotik qəbul edənlər saxlanıldı – DİN açıqlama yaydı » AzadMedia.az



Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı polis operativ tədbirlər həyata keçirib; saxlanılanlar əvvəllər də məhkum olunublar.


Paytaxtın Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik vasitə qəbul edən şəxslərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər hüquq-mühafizə orqanlarının diqqətindən yayınmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərlinin verdiyi məlumata görə, görüntülərlə bağlı aparılan araşdırmalar nəticəsində həmin şəxslər müəyyən olunaraq saxlanılıb.

Tədbirlər zamanı əvvəllər də müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxslər – Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev hüquq-mühafizə orqanları tərəfindən tutulub və barələrində müvafiq hüquqi tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir.
Избранный
10
1
azadmedia.az

2Источники