RU

"Qalatasaray" sabiq futbolçusunun "Fənərbaxça"ya transferindən nə qədər qazanacaq?

"Fənərbaxça" klubu "Qalatasaray"ın sabiq futbolçusu, hal-hazırda Portuqaliyanın "Benfika" klubunda çıxış edən Kərəm Aktürkoğlu ilə razılıq əldə edib.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

"Fənərbaxça" Kərəm Aktürkoğluna illik 5 milyon avro ödəyəcək. Təcrübəli futbolçunun transferindən "Benfica" isə 25 milyon avro qazanacaq.

Türkiyə millisinin üzvünün "Fənərbaxça"ya transferindən "Qalatasaray" da maddi qazanc əldə edəcək. "Sarı-qırmızılılar" futbolçunun növbəti satışından əldə edilən qazancın 10 faizinə sahibdir. 

Kerem Aktürkoğlunun transferinin 25 milyon avro olduğu bildirilirsə, "Qalatasaray" 1,3 milyon avro alacaq. "Sarı-qırmızılar" 26 yaşlı futbolçunu 12 milyon avroya "Benfika"ya göndərmişdi.

Избранный
4
operativmedia.az

1Источники