Olaylar.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" (FT) yazıb.
Nəşr qeyd edir ki, İsveçrə ABŞ-a 150 milyard dollarsərmayə qoymaq niyyəti müqabilində ABŞ-ın 10%-lik tarifinə razılıq verməyə hazır idi.
Lakin problemlərin əsl miqyası iyulun 31-də bəlli olub. Məsələ ilə tanış olan bir neçə şəxsin sözlərinə görə, iyulun 31-i axşam saatlarında Keller-Zutter Donald Trampla "fəlakətli" telefon danışığı aparıb.
Amerika lideri yalnız bir şeydən - Konfederasiya ilə ildə 39 milyard dollarlıq ticarət kəsirindən danışıb. Qəzetin həmsöhbətlərindən biri deyib:
"Söhbət yaxşı olmadı, Tramp elə ilk dəqiqədən açıq şəkildə bildirdi ki, 10% kifayət deyil. O, yalnız bir şeyə diqqət edib: İsveçrə ABŞ-dan pul oğurlayır. Keller-Zutterin deyəcək heç bir sözü yox idi".
ABŞ avqustun 1-də İsveçrəyə 39% ixrac rüsumları tətbiq edəcəyini bildirib.