RU

Bu gün “Qarabağ”ın pley-off-da potensial rəqibi müəyyənləşir

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Herbiand.az.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. 

Püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ” da potensial rəqibini öyrənəcək. 

Püşkatma zamanı “Qarabağ” - “Şkendiya” (Şimali Makedoniya) cütü səpələnməmişlər səbətində yer alacaq. Bu cütün qalibi pley-off mərhələsində səpələnmişlər səbətində yer alacaq aşağıda adları qeyd edilən komandalardan biri ilə qarşılaşacaq:

-  “Bude-Qlimt” (Norveç)
-  “Seltik” (Şotlandiya)

Və ya ÇL-də 3-cü raundun aşağıdakı cütlərinin qaliblərindən biri ilə:

“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka)
“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya)
“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan)

Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.

Избранный
43
16
herbiand.az

10Источники