Leninqrad vilayətində yük qatarı ilə avtobusun toqquşması nəticəsində bir nəfər ölüb.
Publika.az bu barədə Rusiya mətbuatına istinadən məlumat verir.
"Hadisə nəticəsində heç bir hərəkət vaqonu relsdən çıxmayıb", - məlumatda deyilir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Leninqrad vilayətində yük qatarı ilə sərnişin avtobusunun toqquşması nəticəsində 2 nəfər ölüb, 16 sərnişin xəsarət alıb. Yeddi nəfərin vəziyyəti ağırdır.
Oktyabr Dəmir Yolundan verilən məlumata görə, avtobusun sürücüsü bazar ertəsi saat 06:11-də (Moskva vaxtı ilə) Oktyabr Dəmiryolunun Lodeynoye Pole və Olonets stansiyaları arasındakı dəmiryol keçidində yola çıxıb.