RU

Bakıda baxımsız vəziyyətdə olan park niyə abadlaşdırılmır?

Bakının Binəqədi rayonu, Avtovağzal stansiyası ətrafında yerləşən park baxımsız vəziyyətdədir.

XəzərNews.az ATV-yə istinadən xəbər verir ki, burada ağaclar quruyub, oturacaqlar sıradan çıxıb.

Ətrafda isə məişət tullantılarının atılması üçün zibil qutuları olmadığından antisanitar vəziyyət hökm sürür.

Yaxınlıqda yaşayan sakinlər də mövcud vəziyyətdən narazıdırlar.

Ətraflı süjetdə:


Xəbər 3 dəfə oxunub.
Избранный
14
2
xezernews.az

4Источники