RU

“Aztelekom”un tərkibində Qarabağ Regional Filialı yaradılıb

Bakı. Trend:

Ölkə üzrə xidmətlərin daha çevik və səmərəli təşkili məqsədiləAZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC təşkilatistrukturunda bir sıra mühüm dəyişikliklər həyata keçirib.

Trend xəbər verir ki, bu barədə MMC məlumat yayıb.

Bildirilib ki, bu dəyişikliklər idarəetməninoptimallaşdırılması, regional xidmətlərin keyfiyyətinin artırılmasıvə infrastrukturun səmərəli idarə olunması məqsədini daşıyır.

Belə ki, yenidən təşkilatlanma çərçivəsində “Aztelekom” MMC-nintərkibində Qarabağ Regional Filialı yaradılıb. Yeni filialıntərkibinə Bərdə, Tərtər, Kəlbəcər, Ağcabədi, Ağdərə, Ağdam, Laçın,Xocalı, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl vəZəngilan daxil olmaqla, ümumilikdə 15 rayon və şəhər şöbəsidaxildir.

Qarabağ Regional Filialının yaradılması, sadəcə strukturdəyişikliyi deyil – bu addım həm də bölgədə daimi məskunlaşmanınsürətlənməsi fonunda telekommunikasiya xidmətlərinin əlçatanlığınıvə keyfiyyətini artırmaqla yanaşı, operativ texniki dəstəyin təminolunmasına, rəqəmsal infrastrukturun genişləndirilməsinə,sosial-iqtisadi inkişafın dəstəklənməsinə və məşğulluq imkanlarınınartmasına töhfə verir.

Qarabağ Regional Filialının yaradılması həmçinin bölgəninölkənin ümumi telekommunikasiya şəbəkəsinə tam və səmərəliinteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Hazırda “Aztelekom” MMC-nin təşkilati strukturu 8 RegionalFilial və 7 Rabitə Xidmətləri Mərkəzi olmaqla, ümumilikdə 15idarəetmə vahidindən ibarətdir. Bu struktur modelləşməsi bölgələrüzrə idarəetmənin çevikliyini artırmaqla yanaşı, müştəriyönümlüxidmətlərin daha operativ və keyfiyətli şəkildə göstərilməsinəimkan yaradır.

“Aztelekom” MMC qarşıdakı dövrdə də fəaliyyətini səmərəlilik,keyfiyyət və innovasiyaya əsaslanaraq davam etdirməkdəqərarlıdır.

Məqalədə:
Избранный
27
9
az.trend.az

10Источники