RU

Murad Arif “Biz “azəri” kəlməsinə çox aqressivik” dedi, müzakirələrə səbəb oldu

ain.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Bütün dünya ölkələrinin əhalisinə qısaldılmış xitablar verilir. Finlandiyalıya fin, İspaniyalıya ispan, Fransalıya fransız, Latviyalıya lat dediyimiz kimi, təbii ki, azərbaycanlıya da qısa xitab düşünüldü və məişətdə, poeziyada geniş istifadə olunur. Di gəl ki, biz “azəri” kəlməsinə çox aqressivik. “Azəri – İranda tayfa adıdır”  deyənləri müzakirəyə çağırıram. Hansı sübut və mənbələrdə bu var?

Tribunainfo.az -ın xəbərinə görə, bunu müğənni Murad Arif bildirib.

““Azəri”-“Azər” bu sözlər elə bizi ehtiva edir. Odərlərdən gəlmə terminlərdir. Mən milliyətcə türkəm. Amma türklü, talışlı, tatlı, ləzgili, udinli hamımız azərbaycanlıyıq. Bu sözün məişətdə işlək, ixtisar forması da yaranıb. Bu mübahisə və dava mövzusu olmamalıdır. Azəri torpağının hamımız övladıyıq?!” – müğənni qeyd edib.

M.Arifi mövqeyinə görə dəstəkləyənlər olsa da, tənqid edənlər daha çox olub.

Pravda.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
2
tribunainfo.az

3Источники