RU

20 mininci qatar Orta Dəhlizlə Çində Avropaya yola salınıb

Bakı. Trend:

2013-cü ildə ilk qatarın xəttə buraxılmasından bəri Çin–Avropadəmir yolu marşrutunun Orta Dəhlizi ilə 20 000-dən çox qatarkeçib.

Trend xəbər verirki, 20 mininci qatar Şimali Çində, Daxili Monqolustan MuxtarRayonunda yerləşən Erenhot dəmir yolu limanından yola düşüb. Qatar55 konteyner daşıyır.

Orta Dəhliz 10 min qatardan 20 min qatara qədər olan mərhələnicəmi üç ilə qət edib: 10 minlik hədd 2022-ci ildə aşılmışdı.Hazırda ekspress 73 marşrut üzrə fəaliyyət göstərir, Almaniya vəPolşa da daxil olmaqla 10-dan çox ölkədə 70-dən artıq logistikamərkəzini birləşdirir və Çinin 24 vilayətində 60-dan çox şəhəriəhatə edir.

“Orta Dəhliz artıq sadəcə bir ideya deyil. O, addım-addımgerçəyə çevrilir”, – deyə iyulun sonunda Orta Dəhlizlə ÇindənTürkiyəyə iki yük qatarının yola salınmasını şərh edərkən türklogistika şirkəti “Pasifik Eurasia”nın baş direktoru Fatih Erdoğanbildirib.

Onun sözlərinə görə, ənənəvi dəniz marşrutları ilə müqayisədə,Orta Dəhliz təkcə daha qısa yol təqdim etmir, həm də idarəetməimkanlarını artırır.

“Bu qatarlar təkcə konteyner daşımır, həm də baxış, etimad,strategiya və ortaq gələcək daşıyır”, – o vurğulayıb.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Məqalədə:
Избранный
6
1
az.trend.az

2Источники