Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Nigeriyada dəstə üzvlərinin təşkil etdiyi silahlı hücumlar nəticəsində 5 nəfər həyatını itirib, 50 nəfər isə qaçırılıb.
"Cebheinfo.az" xəbər verir ki, dəstə üzvləri Zamfara ştatına bağlı 16 müxtəlif bölgədə silahlı hücumlar həyata keçiriblər.
Hücumlar zamanı 5 nəfər həlak olub, 50 nəfər qaçırılıb.
Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, eləcə də Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP-ın hücumları ilə üz-üzədir.
Ölkədə insan oğurluğu cinayətinin cəzası edam olsa da, fidyə məqsədilə adam qaçırma halları tez-tez baş verir.
Silahlı şəxslər adətən ölkənin şimalındakı kəndləri, məktəbləri və sərnişinləri hədəf alaraq fidyə tələb edirlər.
Nigar Hacılı
"Cebheinfo.az"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.