RU

Silahlı hücum: 50 nəfər qaçırılıb

Nigeriyada dəstə üzvlərinin təşkil etdiyi silahlı hücumlar nəticəsində 5 nəfər həyatını itirib, 50 nəfər isə qaçırılıb.

"Cebheinfo.az" xəbər verir ki,  dəstə üzvləri Zamfara ştatına bağlı 16 müxtəlif bölgədə silahlı hücumlar həyata keçiriblər.

Hücumlar zamanı 5 nəfər həlak olub, 50 nəfər qaçırılıb.

Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, eləcə də Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP-ın hücumları ilə üz-üzədir.

Ölkədə insan oğurluğu cinayətinin cəzası edam olsa da, fidyə məqsədilə adam qaçırma halları tez-tez baş verir.

Silahlı şəxslər adətən ölkənin şimalındakı kəndləri, məktəbləri və sərnişinləri hədəf alaraq fidyə tələb edirlər.

Избранный
18
1
cebheinfo.az

2Источники